08 İyul 2025, 20:17
FUTBOL
"Real"ın baş məşqçisi Xabi Alonso hücumçu Qonsalo Qarsiya ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, ispan mütəxəssis klublararası dünya çempionatında uğurlu performans göstərən 21 yaşlı futbolçunu komandada saxlayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Klub ispan forvardı satmaq və ya icarəyə vermək variantlarını nəzərdən keçirməyəcək. Alonso İspaniya U-19 millisinin üzvünə yeni mövsümdə şans verəcək.
Qeyd edək ki, Qonsalo Qarsiya klublararası dünya çempionatında keçirdiyi 5 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.