24 İyun 2025, 12:34
MPL
"Kəpəz"dən ayrılan Trent Buxaqyarın yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, maltalı vinger karyerasını Sinqapurda davam etdirəcək.
Buxaqyar "Tampins Rovers"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Malta millisinin üzvü olan Trent Buxaqyar 2024/2025 mövsümünün ikinci yarısında "Kəpəz"də çıxış edib.