"Zirə"nin futbolçusu Salifu Suma Türkiyədə çıxış edə bilər.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Konyaspor" qvineyalı vingeri transfer etmək istəyir. Super Liqa təmsilçisinin 21 yaşlı oyunçu üçün yüksək məbləğdə təzminat ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Salifu Suma ötən mövsüm "Zirə"nin heyətində keçirdiyi 41 oyunda 12 qol vurub, 7 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest