23 İyun 2025, 15:27
MPL
"Turan Tovuz" heyətini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi David Tavareşi rənglərinə bağlaayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kabo-Verde millisinin üzvü olan David Oliveyra Tavareş ilə 3 illik müqavilə imzalanıb.
“Benfika”nın yetirməsi olan yarımmüdafiəçi son olaraq Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib. 26 yaşlı futbolçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.

