22 İyun 2025, 13:10
FUTBOL
"Beşiktaş"ın hücumçusu Çiro İmmobile "Bolonya"ya keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Nikolo Şira paylaşıb.
Bildirilir ki, İtaliya klubu 35 yaşlı futbolçuya 2 illik müqavilə təklif etməyə hazırdır. İmmobile "Bolonya"da ildə 2 milyon avro qazana biləcək.
Qeyd edək ki, İmmobilenin "Beşiktaş"la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.