"Milan" "Valensiya"nın yarımmüdafiəçisi Xavi Qerranın transferini bu yay tamamlamaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.

Bildirilir ki, İtaliya klubu 16 milyon avro üstəgəl daha 4 milyon bonus təklif ediblər, lakin valensiyalılar oyunçuları üçün təxminən 30 milyon istəyirlər. Çünki onlar Qerranın daha əvvəl "Vilyarreal"ın gənclər komandasında oynadığı üçün gəlirin 30 faizini onlara verməlidirlər. Tərəfləri əlavə danışıqlar gözləyir.

Xatırladaq ki, ötən mövsümdə 22 yaşlı futbolçu "Valensiya"nın heyətində bütün turnirlərdə 38 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest