Növbəti mövsümün transfer çalışmalarını davam etdirən "Turan Tovuz" heyətinə yeni legioner qatıb.
 
Matc.az saytının məlumatına görə, Qərb bölgəsi təmsilçisi Rumıniyanın "Buzau" klubu ilə müqaviləsi başa çatan David Tavareşin keçidini həll edib. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, David Tavareş "Benfika"nın yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində "Moreyrense", "Torrense" və "Farmalikan"da çıxış etdikdən sonra Rumıniyaya yollanıb.
 
Futbolçu ötən mövsüm "Buzau"nun heyətində keçirdiyi 28 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.
 
Tavareş Kobo-Verde milli komandasının üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest