18 İyun 2025, 12:16
FUTBOL
Yeni mövsümə avqustun 15-də start veriləcək. Sonuncu - 38-ci turun oyunları isə 24 may 2026-cı il tarixində baş tutacaq.
İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün püşkü atılıb.
Matc.az xəbər verir ki, yeni mövsümə avqustun 15-də start veriləcək. Sonuncu - 38-ci turun oyunları isə 24 may 2026-cı il tarixində baş tutacaq.
İlk turun təqvimi belədir:
15 Avqust
"Liverpul" - "Bornmut"
16 Avqust
"Aston Villa" - "Nyukasl"
"Brayton" - "Fulhem"
"Nottingem Forest" - "Brentford"
"Sanderlend" - "Vest Hem"
"Tottenhem" - "Börnli"
"Vulverhempton" - "Mançester Siti"
17 Avqust
"Çelsi" - "Kristal Pelas"
"Mançester Yunayted" - "Arsenal"
18 Avqust
"Lids Yunayted" - "Everton"