"Fənərbaxça" kolumbiyalı hücumçunu heyətinə qatmaq istəyir. İstanbul nəhəngi 21 yaşlı forvardı icarəyə götürmək üçün onun klubuna rəsmi təkliflə müraciət edib.

"Əl-Nəsr"in hücumçusu Con Duran karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Fənərbaxça" kolumbiyalı futbolçunu heyətinə qatmaq istəyir. İstanbul nəhəngi 21 yaşlı forvardı icarəyə götürmək üçün onun klubuna rəsmi təkliflə müraciət edib.

Qeyd edək ki,  "Əl-Nəsr" Con Duranı bu ilin yanvar ayında "Aston Villa"dan 77 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində keçirdiyi 18 oyunda 12 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest