13 İyun 2025, 23:12
FUTBOL
PSV 36 yaşlı sağ cinah oyunçusu İvan Perişiçin klubdan ayrılmasını istəmir və ona 2 illik yeni müqavilə təklif etməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, xorvatiyalı futbolçu sözügedən müqaviləsini imzalamağa yaxındır, lakin onunla maraqlanan "Barselona" tərəfində atılacaq addımı gözləyəcək. Kataloniya klubunun PSV ilə müqayisədə üstünlüyü var, çünki Perişiçin Hans-Diter Fliklə yaxşı münasibəti var.
Qeyd edək ki, 36 yaşlı vingerin "Barselona"da yüksək maaş iddia etməyəcəyi vurğulanır. Onun əsas məqsədi Xorvatiya millisinin tərkibində 2026-cı il dünya çempionatına çıxmaqdır.