"Çelsi" "Ştutqart"ın 23 yaşlı hücumçusu Nik Voltemada maraq göstərir.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Bildirilir ki, London klubu artıq Almaniya millisinin futbolçusunun nümayəndələri ilə əlaqə saxlayıb. İngilis klubu hesab edir ki, Voltemad hücumçular Nikolas Cekson və Liam Delapla rəqabət aparmağa qadirdir.

Qeyd edək ki, ötən mövsüm Voltemad bütün turnirlərdə 33 matçda iştirak edib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib. 23 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

"Transfermarkt" portalında oyunçunun dəyəri 30 milyon avrodur. O, Almaniya millisinin heyətində iki oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest