Futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib

“Sabah” yarımmüdafiəçi Şakir Seyidovla yollarını ayırıb.

Matc.az xəbər verir ki, futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Seyidov 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, Masazır təmsilçisinin heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest