11 İyun 2025, 10:57
MPL
Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq siyahısını açıqlayıb.
Matc.az xəbər verir ki, "Qarabağ" dünya reytinqində beş pillə geriləyib. Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.
“Zirə” (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. “Sabah” 50 pillə irəliləyib. Ölkə kubokunun qalibi 76 xalla 317-ci olub.
“Araz-Naxçıvan” isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü idi.
Birinci pillədə İspaniya təmsilçisi “Real” (470 xal) qərarlaşıb. “Barselona” (434 xal) ikinci, İtaliyanın “İnter” klubu (419) üçüncüdür.