Yeni mövsümün heyət planlamasına start verən “Turan Tovuz” 9  futbolçu ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

Müqavilə müddətləri başa çatan  futbolçular - İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə yollar ayrılıb. Klub futbolçuların hər birinə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest