10 İyun 2025, 10:35
MPL
Monteneqro milli komandası yoldaşlıq oyunu keçirib.
Matc.az xəbər verir ki, Balkan təmsilçisi Ermənistan yığması ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Motneneqro millisinin heyətində Azərbaycanda çıxış edən legionerlər də meydana çıxıb. "Qarabağ"ın müdafiəçisi Marko Veşoviç 63-cü, "Neftçi"nin yarıımmüdafiəçisi Edvin Kuç isə 78-ci dəqiqədə oyuna daxil olub.