Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Macarıstanla yoldaşlıq oyunundan öncə keçirilən mətbuaat konfransında iştirak edib.

Matc.az portuqaliyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

– Milli oynayırsa, deməli, vacib oyundur. Bütün rəqibləri təhlil edirik və kimliyindən asılı olmayaraq onlara hörmətlə yanaşırıq. Futbol elə oyundur ki, iki komanda bir-birinə qarşı oynayır. Rəqibi təhlil etmişik, oyun üslublarını bilirik. Çətin oyun olacaq, buna baxmayaraq, futbolçular istəkli və motivasiyalıdır. Ümid edirəm, bunu meydanda göstərə biləcəklər.

– Heyətdə zədəli varmı?

– Yalnız Elvin Bədəlov zədəlidir. Bir məşqimiz də var, ümid edirəm ki, kimsə zədələnməz.

– Heyətdə dəyişikliklər olacaq?

– Oyunçuların durumuna görə bəzi dəyişikliklər olacaq. Bəzi oyunçular yorğun ola bilər. Vəziyyətə uyğun dəyişikliklər ola bilər.

– Hər iki yığmaya qələbə lazımdır. Azarkeşlər necə oyuna ümid edə bilər? Macarıstanın güclü tərəfləri hansılardır?

– Macarlarla bir neçə dəfə qarşılaşmışam, güclü komandadırlar. Azərbaycan millisinə də qələbə lazımdır. İki tərəfin də yaxşı oynamağa çalışacağını düşünürəm.

– Ronaldo haqda nə deyə bilərsiz?

– Bizim oyunçumuz deyil. Yaxşıdır və dostumuzdur. Amma indi bu haqda nəsə deyə bilmərəm.

– Macarıstan millisi ilə oyunları necə xatırlayırsınız?

– Yaxşı milli komandadır. Bundan öncə də səhv etmirəmsə, Avro-2020-də Portuqaliya yığmasında olarkən ilk matç onlara qarşı idi. 80 dəqiqə çətinlik çəkmiş, sonda qələbə qazanmışdıq. Keçmiş günləri danışmaq istəmirəm. Macarıstan futbolu inkişafdadır. Komandamı onlara qarşı hazırlamışam.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest