30 yaşlı futbolçu 54-cü dəqiqədə meydana daxil olub.

Gürcüstan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

Matc.az xəbər verir ki, Villi Sanyolun rəhbərlik etdiyi kollektiv Kabo-Verde seçməsi  ilə üz-üzə gəllib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa  çatıb.

Gürcüstan millisinin formasını geyinən "Zirə"nin hücumçusu Davit  Volkov da bu görüşün iştirakçısı olub. 30 yaşlı futbolçu 54-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, Gürcüstan yığması 5 iyun tarixində yoxlama matçında Farer adalarına 1:0 hesabı ilə qalib gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest