03 İyun 2025, 11:40
MPL
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha 2 futbolçu ilə yenidən anlaşıb.
Matc.az xəbər verir ki, Slavik Alxasov və Qara Qarayev 2025-2026-ci illər mövsümünü də komandanın heyətində keçirəcək. Hər iki futbolçu ilə anlaşma 1 illikdir.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.