02 İyun 2025, 13:39
MPL
Azərbaycan Kubokunun 2024/2025-ci il mövsümünü qalib başa vuran “Sabah” tarixində ilk dəfə UEFA Avropa Liqasında iştirak edəcək.
Matc.az xəbər verir ki, artıq təmsilçimizin Avropa Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqibləri bəllidir. “Sabah” bu mərhələdə aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:
“Şaxtyor” (Donetsk, Ukrayna)
“Legiya” (Polşa)
“Partizan” (Serbiya)
“Şerif” (Tiraspol, Moldova)
ÇFR (Kluj, Rumıniya)
“Hapoel” (Byer-Şeva, İsrail)
“Çelye” (Sloveniya)
“Spartak” (Trnava, Slovakiya)
Birinci təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.