29 May 2025, 13:08
MPL
Azərbaycan Premyer Liqasında 2025/26 mövsümü üçün “transfer pəncərələri”nin vaxtı bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məəlumat yayıb.
Yay transfer dövrü 19.06.2025-10.09.2025 (saat 23:59), qış transfer dövrü isə 14.01.2026-10.02.2026 (saat 23:59), tarixlərini əhatə edəcək. 31 mart 2026-cı il azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.