"Məşqçi Anjey Davidyuk mənə zəng etdi. Çox xoş təəccüb içində idim. Şokdayam. Debüt etmək imkanım olsa, şad olardım".
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa milli komandasına dəvət olunub.
Matc.az xəbər verir ki, 24 yaşlı qolkiper yığmaya çağırılması ilə bağlı fikirlərini bölüşüb. “Kanal Sportowy” portalına açıqlama verən qapıçı çox sevinci olduğunu bildirib:
“Düzünü desəm, bunu gözləmirdim. Məşqçi Anjey Davidyuk mənə zəng etdi. Çox xoş təəccüb içində idim. Şokdayam. Debüt etmək imkanım olsa, şad olardım. Amma təbii ki, bunun nə qədər çətin olacağını bilirəm. Ümid edirəm ki, sadəcə məşqdə qapıçı olmayacam".
Qeyd edək ki, Polşa yığması 6 iyun tarixində evdə Moldova seçməsi ilə yoldaşlıq oyunu keçirəcək. Polyaklar 4 gün sonra isə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Helsinkidə Finlandiyanın qonağı olacaq.