27 May 2025, 13:31
MPL
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXXVI turunda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib
“Neftçi” oyunun 50-ci dəqiqəsində “Sabah"ın 4 nömrəli futbolçusu Sofian Çakla ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalandırılıb, klub 1500 manat cərimə edilib.
Həmin matçın 76-cı dəqiqəsində “Neftçi”nin 14 nömrəli futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klub isə 1000 manat cərimələnib.
“Turan Tovuz” – “Kəpəz” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə ev sahibləri 800 manat cərimə edilib.