“Qarabağ” Gəncə təmsilçisi ilə 61-ci qarşılaşmada qol sayında üçrəqəmli ədədə çatıb.

“Qarabağ” “Kəpəz”lə çempionatdakı oyunlarda 100-cü qolu vurub.

Matc.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXV turuna təsadüf edib.

Leandro Andradenin qolu qərblilərlə matçlardakı 100-cü top olub. “Qarabağ” Gəncə təmsilçisi ilə 61-ci qarşılaşmada qol sayında üçrəqəmli ədədə çatıb.

Bu, 1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci belə cütdür ki, rəqiblərdən biri digərinə 100 və ya daha çox qol vurub. Onlardan 5-i “Qarabağ”ın hesabındadır.

Eyni rəqibə 100 və ya daha çox qol vuranlar:

1. “Qarabağ” – 140 qol (“Neftçi”yə)

2. “Qarabağ” – 126 qol (“Sumqayıt”a)

3. “Neftçi” – 124 (“Şamaxı”ya)

4. “Qarabağ” – 114 (“Şamaxı”ya)

5. “Qarabağ” – 104 (“Qəbələ”yə)

6-7. “Neftçi” – 102 (“Kəpəz”ə)

“Qarabağ” – 102 (“Kəpəz”ə)

Qeyd edək ki, “Qarabağ” - “Kəpəz” oyunu 3:0 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest