18 May 2025, 17:08
DÖYÜŞ NÖVLƏRİ
İdmançımız İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatının qalibi olub.
Azərbaycan idmançısı Əminə Əliyeva İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatının qalibi olub.
Matc.az xəbər verir ki, 11 yaşlı idmançı yüngül sanda növündə rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, foto və video materialları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öz İnstaqram səhifəsində paylaşıb.
" width="670">