16 May 2025, 19:14
FUTBOL
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Bayer"lə müqaviləsi yayda başa çatacaq mərkəz müdafiəçisi Conatan Tanın transferində israrlıdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Mundo Deportivo" paylaşıb.
Bildirilir ki, alman mütəxəssis həmyerlisini transfer etmək istəyinə baxmayaraq, o, 29 yaşlı futbolçuya zəmanət verə bilmir ki, ispan nəhənginin yarımmüdafiəçi Daniel Olmo ilə olduğu kimi qeydiyyatda problemi olmayacaq.
Qeyd edək ki, bu mövsüm Ta bütün turnirlərdə 48 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 30 milyon avrodur.