Misli Premyer Liqasında sabah 35-ci tura start verilir.

Matc.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq. Günün bütün matçlar saat 17:00-da start götürəcək.

4-cü pillədə yer alan "Turan Tovuz" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Qarşılaşmanı Tural Bayramov idarə edəcək. 35-ci tur öncəsi "Sumqayıt" 30 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alıb. "Kimyaçılar"ın Premyer Liqanı tərk etmək təhlükəsi yoxdur. "Turan Tovuz" isə qarşıdakı iki oyunda qələbə qazanıb, 3-cü yerdə olan "Araz-Naxçıvan"ın məğlubiyyətlərinə ümid edəcək. Bu, baş versə, tovuzlular3-cü yeri tuta bilər.

Günün digər görüşü Zirədə olacaq. Premyer Liqada 2-ci yeri təmin etmiş "Zirə" 5-ci yerdə olab "Sabah"ı qəbul edəcək. Masazır təmsilçisinin çempionatda hədəfi yoxdur. Onlar ölkə kubokunun fnalında Qarabağ"la qarşılaşacaq. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Premyer Liqada qalmaq hədəfinə çatan "Şamaxı" doğma meydanda 3-cü yerdə olan "Araz-Naxçıvan"la üz-üzə gələcək. Naxçıvanllara bürünc medal qazanmaq və avrokuboklarda iştirak etmək üçün 1 xal ifayət edir. Oyunun baş hakimi İnqilab Məmmədov olacaq.

Turun son iki matçı bazar günü baş tutacaq. Uğursuz mövsüm keçirən və avrokuboklara vəsiqə qazana bilməyən "Neftçi" öz meydanında Premyer Liqanı tərk edəcəyi dəqiqləşən "Səbail"lə qarşılaşacaq. Turnir cədvəli baxımından o qədər də əhəmiyyət kəsb etməyən görüş saat 17:00-da başlayacaq. Burada ədaləti Nicat İsmayıllı qoruyacaq.

Tura çempion "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək matçla yekun vurulacaq. Gəncə təmsilçisi ötən tur Premyer Liqada qalmağı təmin edib. Qarşılaşma saat 19:00-da start götürəcək. Oyun bitəndən sonra "Qarabağ"a kubok və qızıl medallar təqdim olunacaq.

Misli Premyer Liqası, 35-ci tur

17 may (şənbə)

"Sumqayıt" – "Turan Tovuz"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov
VAR: Fərid Hacıyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00

"Zirə" – "Sabah"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zirə İdman Kompleksinin stadionu, 17:00


"Şamaxı" – "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı şəhər stadionu, 17:00

18 may (bazar)

"Neftçi" – "Səbail"
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
“Neftçi Arena”, 17:00

"Qarabağ"– "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov
VAR: Rəşad Əhmədov 
AVAR: Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”, 19:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest