Misli Premyer Liqasında XXXIII turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
"Şamaxı" doğma meydanda "Səbail"i qəbul edəcək. "Araz-Naxçıvan" isə səfərdə "Sabah"ın qonağı olacaq.
Qeyd edək ki, tura 4 may tarixində uekun vurulacaq.
Misli Premyer Liqası
XXXIII tur
3 may
17:00. "Şamaxı" – "Səbail"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu
19:30. "Araz-Naxçıvan" – "Sabah"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Liv Bona Dea Arena"