02 May 2025, 12:05
MPL
Misli Premyer Liqasının XXXIII turu çərçivəsində bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
Matc.az xəbər verir ki, köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.