Misli Premyer Liqasında 2024/2025 mövsümü sona yaxınlaşır. Matc.az xəbər verir ki, sabah 32-ci tura start veriləcək.
Turun ilk oyunu Tovuzda baş tutacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Turan Tovuz" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Qərb təmsilçisi 48 xalla turnir cədvəlinin 4-cü pilləsində, 34 xalı olan "Şamaxı" isə 7-ci yerdədir.
İkinci oyunda günündə daha iki qarşılaşma baş tutacaq. 28 xalla 9-cu sırada yer alan "Kəpəz" Tovuz şəhər stadionunda 2-ci pillədəki "Zirə"ni qəbul edəcək. Qəsəbə təmsilçisi xal itirsə, "Qarabağ" ölkə çempionu olacaq.
Çempionatın autsayderi olan "Səbail"i çətin sınaq gözləyir. 20 xalla sonuncu yerdə olan Bayıl təmsilçisi öz meydanında Premyer Liqanın iddialı komandalarından olan "Araz-Naxçıvan"la üz-üzə gələcək. Naxçıvanlıların aktivində 53 xal var və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar.
Aprelin 28-də "Qarabağ" "Sabah"ın qonağı olacaq. "Zirə"nin "Kəpəz"lə oyunda qalib gələcəyi təqdirdə Ağdam təmsilçisinə Masazır səfərində çempionluq üçün 1 xal kifayət edəcək. "Qarabağ" hazırda ən yaxın izləyicisi "Zirə"ni 15 xal qabaqlayır. Ölkə Kubokunda finala yüksələn "Sabah"ın isə çempionatda demək olar ki, iddiası qalmayıb.
Tura "Sumqayıt" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Ev sahibləri son üç oyunda məğlub olub. "Kimyaçılar" 31 turdan sonra 29 xal toplayıb və 8-ci yerdədir. "Neftçi" isə ötən gün kubokun yarımfinalında "Sabah"a uduzub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Misli Premyer Liqası, 32-ci tur
25 aprel
19:00. "Turan Tovuz" - "Zirə"
Tovuz şəhər stadionu
26 aprel
19:00. "Kəpəz" - "Zirə"
Tovuz şəhər stadionu
27 aprel
17:30. "Səbail" - "Araz-Naxçıvan"
"ASCO Arena"
20:00. "Sabah" - "Qarabağ"
"Bank Respublika Arena"
28 aprel
20:00. "Sumqayıt" - "Neftçi"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu