Neymar “Santos”a qayıdışından sonra ilk oyuna çıxıb. Matc.az xəbər verir ki, o, 12 ildən sonra yetirməsi olduğu klubun formasını geyinib.

Neymar Paulista liqasında “Botafoqo”ya qarşı matçda meydana çıxıb. O, 46-cı dəqiqədə əvəzetmədən oyuna qoşulub. Görüş 1:1 hesabı ilə nəticələnib.

Qeyd edək ki, Neymar 2009-2013-cü illərdə də “Santos”un uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest