26 Yanvar 2025, 15:45
FUTBOL
İspaniya La Liqasının XXI turunda "Real" səfərdə "Valyadolid"in qonağı olub.
Matc.az xəbər verir ki, Madrid klubu 3:0 hesablı qələbə qazanıb.
"Real"ın hər 3 qolunu Kilian Mbappe vurub. Bu, fransalı hücumçunun İspaniya klubunda ilk het-trikidir.
Ötən ilin yayında PSJ-dən Madrid klubuna keçən Mbappe ümumilikdə 30 oyuna 18 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Real" hazırda 49 xalla turnir cədvəlinə başçılıq edir.