24 Yanvar 2025, 13:31
FUTBOL
"Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, “canavarlar” "Ayaks"dan Devayn Rençi rənglərinə bağlayıblar.
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Renç cari mövsümdə "Ayaks"ın heyətində ümumilikdə 26 oyunda meydana çıxıb.