22 Yanvar 2025, 17:24
FUTBOL
“Şamaxı”da daha bir futbolçu ilə bağlı qərar verilib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Emin Zamanovla yollar ayrılıb.
Klubun mətbuat xidməti onunla müqaviləyə qarşılıqlı razılıqla xitam verildiyini açıqlayıb.
2023-cü ilin yanvarından “Şamaxı”da çıxış edən Zamanov ötən mövsüm bölgə klubu ilə I Liqa çempionluğu yaşayıb, “Şamaxı” forması altında ümumilikdə 18 qola imza atıb.