11 Noyabr 2024, 09:35
FUTBOL
Türkiyə 1-ci liqasının 12-ci turunda azərbaycanlı futbolçuların komandaları üz-üzə gəlib. Matc.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” öz meydanında Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor”la qarşılaşıb.
Görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
Oyuna start heyətdə çıxan Coşqun Diniyev 67-ci dəqiqədə əvəzlənib. Vüsalın adı isə görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Bandırmaspor” 24 xalla turnir cədvəlinin 2-ci, “Boluspor” isə 18 xalla 8-ci pillədə qərarlaşıb.