Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Matc.az xəbər verir ki, Fatih Tekke "Alanyaspor"la yollarını ayırıb.

Türk mütəxəssis ölkə çempionatının 11-ci turunun "Bodrum"la qarşılaşmasından (0:0) sonra istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Fatih Tekke ötən ilin noyabr ayında "Alanyaspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda Superliqada 11 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest