"Real" UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turu çərçivəsində "Milan"la oyuna hazırlıqlarını davam etdirir.

Matc.az xəbər verir ki, məşqlərdə Madrid klubunun hücumçu Rodriqo da iştirak edib.

Braziliyalı forvard artıq zədəsini sağaldıb. O, həftənin əvvəlindən fərdi proqram üzrə məşqlərini davam etdirir.

Beləliklə, Rodriqo "Milan"a qarşı oynaya biləcək.

Xatırladaq ki, "Real" – "Milan" qarşılaşması 5 noyabr, gecə saat 00:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest