Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxır.

Matc.az xəbər verir ki, yığmamız doğma meydanda İslandiyanı qəbul edir.

8-ci km qəsəbə stadionuda baş tutacaq görüşü Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, D qrupunda mübarizə aparan yığmamızın aktivində 1 xal var. Qrupa 10 xalla Fransa liderlik edir. Ukrayna 7 xalla ikinci sıradadır. İslandiya isə 4 xalla üçüncüdür.

DÇ-2026
Seçmə mərhələ
, D qrupu
13 noyabr

21:00. Azərbaycan – İslandiya
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Vladan Todoroviç, Srcan Yovanovi
Dördüncü hakim: Miloş Boşkoviç
(Hamısı Monteneqro)
VAR hakimləri: Momçilo Markoviç, Aleksandar Jivkoviç (hər ikisi Serbiya)
8-ci km qəsəbə stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest