13 Noyabr 2025, 18:32
TOP OYUNLARI
Səudiyyə Ərəbistanıın paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qadınlar arasında voleybol yarışlarına yekun vurulub.
Matc.az xəbər verir ki, final qarşılaşmasında Azərbaycan və Türkiyə komandaları üz-üzə gəlib.
Faiq Qarayevin komandası hər üç setdə uduzaraq (0:3) gümüş medal qazanıb.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq.












