Azərbaycan II Liqasında çıxış edən "Ağdaş" klubunun baş məşqçisi Ruslan Hüseynov 5 oyunluq diskvalifikasiya olunub.
Matc.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Mütəxəssisin cəzalanmasına səbəb VIII turda baş tutan "Xankəndi" ilə oyununun fasiləsində hakimi təhqir etməsidir. Qırmızı vərəqə ilə cəzalandırılan R.Hüseynov hərəkətinə görə 5 oyunluq diskvalifikasiya edilib, "Ağdaş" isə 1000 manat cərimələnib.
"Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov isə 2 oyunluq cəza alıb. Buna "Şəfa" ilə matçın 63-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Nəticədə mütəxəssisə 2 oyunluq cəza verilib, Mingəçevir təmsilçisi isə 1500 manat ödəməli olacaq.









_1693306721.png)


