"Real"n futbolçusu üzvü Kilian Mbappenin kiçik qardaşı Etan Mbappe Əlcəzair millisində oynaya bilər.

Matc.az xəbər verir ki, bu barədə "winwin.com" saytı məlumat yayıb.

Mbappelərin atası kamerunlu, anaları isə əlcəzairlidir. Artıq Əlcəzair Futbol Federasiyası 18 yaşlı yarımmüdafiəçiyə vətəndaşlığını dəyişmək təklifi edib.

Etan bu təklifə isti yanaşır. Gənc futbolçu Fransanın U-19 millisinə çağırılsa da, burada şans qazanmır. Bunu nəzərə alan oyunçu Afrika ölkəsinin yığmasında oynamaq variantını nəzərdən keçirir.

Qeyd edək ki, Etan Mbappe bu mövsüm "Lill"in heyətində 5 oyunda meydanda olduğu 33 dəqiqə ərzində 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest