“Çelsi” və “Bavariya” “Milan”ın qapıçısı Mayk Menyanın transferi üzərində fəal şəkildə çalışırlar.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Fransa millisinin üzvünün İtaliya klubu ilə hazırkı müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir. Lakin tərəflər hələlik əməkdaşlığın uzadılması ilə bağlı razılığa gələ bilməyiblər.

Qeyd edək ki, Menyan cari mövsümdə “rossonerilər”in heyətində 12 oyun keçirib və onların 6-da qapısını toxunulmaz saxlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest