"Atalanta"nın futbolçusu Ademola Lukman karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Qalatasaray" yanvar ayında nigeriyalı hücumçunu satınalma bəndi ilə icarəyə götürmək istəyir. Lukmanın Nigeriya millisindən komanda yoldaşı olan Viktor Osimhenin İstanbul təmsilçisində çıxış etməsi transferin reallaşmaq ehtimalını artırır.

"İnter", "Roma", "Napoli, "Atletiko", "Tottenhem", "Aston Villa" ve "Vest Hem" də 28 yaşlı forvardla maraqlanır.

Qeyd edək ki, Ademola Lukman bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 10 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest