01 Noyabr 2024, 09:35
DÖYÜŞ NÖVLƏRİ
Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatına (qeyri-olimpiya çəkiləri) yekun vurulub. Matc.az xəbər verir ki, son gündə millimizin 3 güləşçisi yarışıb.
61 kq çəkidə Nurəddin Novruzov təsəlliverici görüşlərdə əvvəlcə Kosta-Rika təmsilçisi Peter Kudeyə, daha sonra Puerto-Rikodan Jozef Silvaya qalib gəlsə də, bürünc medal uğrunda dueldə monqolustanlı Tsoqbadrax Tseveensurenə məğlub olub.
79 kq çəki dərəcəsindəki təmsilçimiz Orxan Abasov təsəlliverici görüşdə Suldxu Olonbayarla (Monqolustan) uduzub.
92 kq çəkidə yarışan Abubakr Abakarov isə təsəlliverici görüşdə amerikalı Olimpiya və 3 qat dünya çempionu Devid Teylorla bacarmayıb.
Nəticədə sərbəst güləşçilərimiz yarışı medalsız bitiriblər.