44 yaşlı yeni baş məşqçi Özbəkistanın boks üzrə idman ustasıdı. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib.

Kişi boksçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyin edilib. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Yığma ötən ildən Azərbaycan Boks Federasiyasında texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb. 44 yaşlı yeni baş məşqçi Özbəkistanın boks üzrə idman ustasıdı. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib.

2016-23-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. İBA-nın 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev, həmçinin Özbəkistan Respublikasının əməkdar məşqçisidi. “Dostluq Ordeni” ilə təltif olunub. 2016-cı ildə beynəlxalq premiyanın laureatı olub. Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdi.

Qeyd edək ki, Xocayev bu vəzifədə müqaviləsi başa çatan kubalı Pedro Rokeni əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest