Buna Qalayevin antidopinq qaydalarını pozması səbəb olub.

Azərbaycanın güləşçisi Vaxit Qalayev 4 illik diskvalifikasiya olunub. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidməti məlumat yayıb.

Buna Qalayevin antidopinq qaydalarını pozması səbəb olub. Cəzaya səbəb kimi idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi göstərilib. Bu üzdən o, 48 aylıq diskvalifikasiya olunub.

125 kq çəki dərəcəsində çıxış edən Vaxitin nümunəsində qadağan edilmiş S4.Hormon və Metabolik Modulyatorlar/anastrozole maddələrinin və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu göstərilib.

Qərar 2024-cü il yanvarın 29-dan qüvvəyə minib. Sanksiyanın müddəti 2028-ci il yanvarın 28-də bitəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest