08 Sentyabr 2024, 12:24
FUTBOL
Cari mövsüm İtaliya A seriyasında ən çox maaş futbolçuların siyahısı bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Calcioe Finanza" paylaşıb.
Siyahıya 12 milyon avro qazanan "Yuventus"un hücumçusu Duşan Vlahoviç başçılıq edir. Onu 9 milyon məvaciblə "İnter"in üzvü Lautaro Martinez təqib edir.
Hərəyə 6,5 milyon avro gəlir əldə edən "İnter"in daha iki üzvü - Hakan Çalhanoğlu və Nikolo Barella isə ilk "üçlüy"ü tamamlayır.
Qeyd edək ki, futbolçuların aylıq gəlirləri hesablanarkən vergilər nəzərə alınıb.