20 Avqust 2024, 13:16
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan yığmasının sabiq cüdoçusu Rüstəm Orucov Portuqaliyaya yollanacaq. Matc.az xəbər verir ki, o, bu ölkədə ustad dərsi keçəcək.
Belə ki, Avropa Cüdo İttifaqının idman komissarı olan Orucov avqustun 29-31-də keçiriləcək təlim-məşq toplanışında iştirak etmək üçün seminara dəvət edilib.
Keçmiş idmançı Portuqaliyada gənc cüdoçulara ustalığın əsaslarını nümayiş etdirəcək.
Qeyd edək ki, Avropa çempionu Rüstəm Orucov 2016-cı ildə keçirilən Yay Olimpiya Oyunlarının, həmçinin 2017 və 2019-cu illərdə baş tutan dünya çempionatlarının gümüş mükafatçısıdı.