Sabah Şəriəti bürünc uğrunda İran İslam Respublikasını təmsil edən Amin Mirzəzadə ilə qarşılaşıb. O, rəqibinə uduzaraq (0:4) medalsız qalıb.
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Matc.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yarışan idmançı yarışa 1/8 finaldan qoşulub.
Estoniyalı Heyki Nabi ilə üz-üzə gələn Şəriəti qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
Güləşçimiz 1/4 finalda Qazaxıstan təmsilçisi Alimxan Sızdıkova 4:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Şəriəti yarımfinal mərhələsində dördqat Olimpiya çempionu kubalı Lopez Nunyesə 4:1 hesabı ilə məğlub olub.
O, bürünc uğrunda İran İslam Respublikasını təmsil edən Amin Mirzəzadə ilə qarşılaşıb. Sabah Şəriəti rəqibinə uduzaraq (0:4) medalsız qalıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.