23 İyul 2024, 17:45
FUTBOL
"Bavariya" yeni mövsümə hazırlıq çərçivəsində “Tottenhem”lə yoldaşlıq oyununa çıxacaq. Matc.az xəbər verir ki, qarşılaşma avqustun 3-də baş tutacaq.
Münhenlilərin hücumçusu Harri Keyn keçmiş komandasına qarşı oyunda iştirak etməyəcək. Buna səbəb Keynin İngiltərə millisi ilə Avropa çempionatında mübarizə apardıqdan sonra istirahətə yollanmasıdı.
"Bavariya"nın baş məşqçisi Vinsent Kompani Keynin bu görüşdə oynamayacağını təsdiqləyib.