Millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub.
Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatı başa çatıb. Matc.az xəbər verir ki, sərbəst güləş üzrə millimiz turnirdə uğurlu çıxış edib.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb. Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub.
Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub.
Qeyd edək ki, yığmamızın heyətində Xetaq Karsanov (97 kq) qızıl, Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərli (92 kq) gümüş, Yusif Dursunov (125 kq) isə bürünc medala sahib çıxıb.